Misirin Port-Səid stadionu faciəsinin müttəhimləri üçün edam hökmü
İyun 10, 2015 10:49 Asia/Baku
Misir məhkəməsi Port-Səid stadionu faciəsinin 11 müttəhimini edama məhkum edib.
Səhər kanalının məlumatına görə, Misirin Port-Səid şəhərinin cinayət məhkəməsi 72 nəfərin ölümü ilə nəticələnmiş 2012-ci ilin klub yarışlarındakı toqquşma ilə bağlı məhkəmə işi haqda hökm çıxararaq, on bir nəfəri edama məhkum edib.Dünənki iclasda Port-Səid məhkəməsi münsiflər heyətinin əksəriyyət səsi ilə bu on bir nəfəri dar ağacından asılmağa və on nəfəri də ömürlük həbs cəzasına məhkum edib.
2012-ci ilin fevralında Misirin Port-Səid stadionunda Ələhli və Əlmisri futbol klubları arasındakı oyundan sonra baş vermiş çaxnaşma nəticəsində 72 nəfər ölmüş və 254 nəfər yaralanmışdı. Bu hadisə Misir futbol hadisələrinin ən qanlısı sayılır.
2013-cü ildə məhkəmə bu çaxnaşmaların müttəhimlərindən 21 nəfər üçün edam hökmü çıxardı, amma bir il sonra bu hökm ləğv olundu və müttəhimlər bir daha mühakimə edildilər.
Mediaların məlumatlarına görə, bu işin 73 müttəhimi 9 polis zabiti, Əlmisri stadionunun üç məsul şəxsi, yerdə qalanları da Əlmisri klubunun azarkeşlərinə şamil olur.