İyun 11, 2015 09:51 Asia/Baku
  • Suriya böhranının həlli üzrə səylər davam etməlidir
    Suriya böhranının həlli üzrə səylər davam etməlidir

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi bu ölkə böhranının həlli üçün səylərin davam etməsini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura bu ölkədə toqquşan tərəflər arasında sülh müzakirələrinin yenidən başlanması üçün öz diplomatik səylərinə toxunaraq deyib: Bir gün Suriyada sülh və dincliyin bərqərar olunacağı ümidi ilə iyul ayına qədər Suriyada müxtəlif qrupların nümayəndələri və regionda nüfuza malik ölkələrin nümayəndələri ilə danışıqlar davam edəcək.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsinin sözçüsü də bir bəyanatda bildirib: Stefan De Mistura çərşənbə günü Suriya hökuməti və hökumətə müxalif qrupların nümayəndələri ilə danışıqlar aparıb.

Teqlər