"Husi"lər 1 səudiyyə komandiri və 30 əsgərini əsir götürüblər
İyun 15, 2015 17:54 Asia/Baku
"Husi"lər 1 səudiyyə komandiri və 30 əsgərini əsir götürüblər
Səhər beynəlxalq telekanalı "Əl-Əhd" xəbər agentliyiniə istinadən xəbər verir ki, "Ənsarullah" hərəkatı keçirdiyi əməliyyatda 1 səudiyyə komandiri və 30 əsgərini əsir aldığını bildirib. "Ənsarullah" qoşunları və Yəmən ordusunun birlikdə apardıqları əməliyyatlarda bəzi bölgələr nəzarət altına alınıb. Dünən "Aleb", "Rədif" və "Ciyran" bölgələrinə onlarla raket hücumu təşkil edən Yəmən qoşunları səudiyyə əsgərlərinin geri çəkilmələrinə səbəb olub. Əsgərlər tərk etdikləri qərargahlarda silah, hərbi texnika, sursat və s. hərbi təchizatları qoyaraq qaçıblar. Səudiyyə Ərəbistanının son hücumları zamanı Yəmənin əl-Nəaşivə bölgəsində 5 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə mart ayının 26-dan başlatdıqları təcavüz nəticəsində indiyədək minlərlə insan həlak olub, minlərlə insan isə yaralanıb. Səudiyyə və müttəfiqlərinin havadan və dənizdən Yəmənə tətbiq etdikləri blokada nəticəsində Yəməndə humanitar vəziyyət günü-gündən pisləşir.