Yəməndə humanitar atəşkəsin bərqərar olunması ilə müxalifət
İyun 16, 2015 10:35 Asia/Baku
Yəmənin istefa vermiş fərari xarici işlər naziri bu ölkədə humanitar atəşkəs müraciətinə qarşı çıxıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmənin fərari xarici işlər naziri Riyaz Yasin bu ölkədə humanitar məqsədlə qısa müddətli atəşkəsi qəbul etməkdən boyun qaçırıb və Ənsarullah xalq hərəkatı qüvvələrinin nəzarət etdiyi bölgələrdən geri çəkilməsini istəyib.Riyaz Yasin Cenevrədə BMT-nin təşkilatçılığı ilə baş tutan sülh danışıqlarında deyib: Husilər öz qüvvələrini nəzarət etdikləri bölgələrdən çıxarmadıqları zamana qədər Yəməndə heç bir atəşkəs bərqərar olmayacaq.
BMT baş katibi Ban Ki Mun Cenevrə iclasında qısa müddətli atəşkəsi istəyib. Belə ki, Yəmən müharibəsindən əziyyət çəkənlərə kömək olunsun.
Bundan öncə Yəməndə 5 günlük atəşkəs dəfələrlə pozuldu və humanitar qrupların dediklərinə görə, Yəməndə milyonlarla nəfər yardıma ehtiyaclıdır.