İyun 17, 2015 08:08 Asia/Baku
  • Yaraqlıların hücumları qarşısında Suriya vətəndaşları dəstəklənməlidir
    Yaraqlıların hücumları qarşısında Suriya vətəndaşları dəstəklənməlidir

BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Suriyanın şimalında yerləşən Hələb şəhərində yaraqlıların mülkilərə hücumunu çox təhlükəli adlandırıb və deyib: Suriya xalqı bu hücumlar qarşısında dəstəklənməlidir.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar xəbər telekanalına istinadla verdiyi məlumata görə, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura əlavə edib: Suriya vətəndaşları vəhşicəsinə toqquşmalar çərçivəsində baş verən pərakəndə və məqsədsiz hücumlardan zərər görür və buna görə dəstəklənməlidir.
De Misturanın bəyanatında bildirilir: Humanitar beynəlxalq qanun bütün şəraitdə, heç bir ayrı-seçkilik olmadan icraya qoyulmalıdır.

Teqlər