Bəşşar Əlcəfəri: ABŞ, İsrail və İordaniya terrorçulara təlim keçirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194978-bəşşar_Əlcəfəri_abŞ_İsrail_və_İordaniya_terrorçulara_təlim_keçirlər
Suriyanın BMT-dəki nümayəndəsi vurğulayıb: Bizim hesablamamız belədir ki, səksən min muzdur terrorçu Türkiyə və ya İordaniya sərhədləri ilə Suriyaya daxil olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2015 05:33 Asia/Baku
  • Bəşşar Əlcəfəri: ABŞ, İsrail və İordaniya terrorçulara təlim keçirlər
    Bəşşar Əlcəfəri: ABŞ, İsrail və İordaniya terrorçulara təlim keçirlər

Suriyanın BMT-dəki nümayəndəsi vurğulayıb: Bizim hesablamamız belədir ki, səksən min muzdur terrorçu Türkiyə və ya İordaniya sərhədləri ilə Suriyaya daxil olublar.

Səhər kanalının Əlnəşrə-yə istinadlı məlumatına görə, Bəşşar Əlcəfəri deyib: Bizim BMT-nin baş katibi və ya onun müavinləri tərəfindən verilən məlumatlarla çox problemimiz var.
O, əlavə edib: Bizim dəyərləndirmə və hesablamamız budur ki, səksən min muzdur terrorçu Türkiyə və ya İordaniya sərhədləri vasitəsilə Suriyaya daxil olub.
Əlcəfəri bildirib ki, Suriya dövləti bu ölkə böhranının həlli üzrə hər cür səy ilə müsbət anlaşmaya hazırdır.
O, deyib: Biz indiyədək bilmirik ki, De Mistura məşvərətlərindən sonra hansı addımı atacaq. O, anti-Suriya mehvərli media savaşında məqsədi, Suriya dövlətinin imicini pozmaq adlandırıb və qeyd edib ki, Ənnüsrə Cəbhəsi-nin başçılıq etdiyi Cəyşulyərmuk və Cəyşulfəth qruplarına İsrail, İordaniya və ABŞ təlim keçirlər.