Ənsarullahın Pan Gi Muna məktubu: Yəmən xalqı ölüm-dirim mübarizəsi aparır
İyun 21, 2015 13:04 Asia/Baku
Ənsarullah hərəkatının Cenevrə iclasındakı nümayəndə heyəti BMT baş katibinə bir məktub ünvanlayaraq, onunla görüşmək istədiyini elan edib və bildirib ki, Yəmən xalqı amansız təcavüzlər və mühasirə nəticəsində hazırda ölüm-dirim mübarizəsi aparır.
Beynəlxalq Səhər Kanalı Rəy əl-Yəum informasiya portalına istinadla bildirib ki, Ənsarullah hərəkatının Cenevrə iclasındakı nümayəndə heyəti Pan Gi Muna məktub ünvanlayaraq, mümkün olan ən qısa zamanda onunla görüşmək istədiyini bildirib.Bu məktubda Ənsarullah hərəkatının nümayəndə heyətinin Cenevrə iclasında iştirak etmək üçün bu şəhərə olan səfəri qarşısında yaradılan maneələrə işarə olunub və bildirilib: Bu bizim və Yəmən xalqının haqqıdır ki, Pan Gi Mun Ər-Riyaddan gələn nümayəndə heyəti ilə görüşdüyü kimi, vaxtının bir neçə dəqiqəsini də bu qrup ilə görüşə ayırsın.
Bu məktubda BMT-nin Yəmən böhranının həlli üzrə səyləri qiymətləndirilib və bildirilib ki, Yəmən xalqı təcavüz və mühasirəyə məruz qalıb, ölüm-dirim mübarizəsi aparır. Və yolxucu xəstəliklərin yayılması və dərman preparatları, ərzaq məhsulları və içməli suyun olmaması üzündən aclıq və susuzluqdan əziyyət çəkir.
Bu məktub Yəmənin nümayəndə heyətinin bütün üzvləri tərəfindən imzalanıb və dünyanın istənilən nöqtəsində Pan Gi Mun ilə görüşün baş tutmasını istəyir.