İyun 28, 2015 17:17 Asia/Baku
  • Ənsarullah Hərəkatı
    Ənsarullah Hərəkatı

Yəmən Ənsarullah xalq hərəkatının siyasi şurasının üzvü bu hərəkatın Yəməndə yeni hökumətin təşkili üçün çalışdığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Livanin əl-Məyadin telekanalına istinadlı məlumatına görə, Yəmən Ənsarullah xalq hərəkatının siyasi şurasının üzvü Həmzə əl-Husi şənbə günü bu hərəkatın Yəmənin müxtəlif partiyaları, o cümlədən cənub partiyaları ilə anlaşmasına toxunaraq deyib: Ənsarullah Hərəkatı Cenevrə danışıqlarında iştirak edən bütün qrup və partiyaların iştirakına əsasən yeni hökumətin təşkili çərçivəsində bütün səylərini həyata keçirir.
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayndəsi İsmayıl Vələd Şeyx Əhmədin Sənaya baş tutacaq səfərinə toxunan əl-Husi Ənsarullah Hərəkatının Yəmənin hazırkı böhranının həlli məqsədilə yəmənli-yəmənli danışıqlara sadiq qaldığını vurğulayıb.
Cenevrə müzakirələrində iştirak edən yəmənli siyasi qruplar BMT baş katibi Ban Ki Muna ünvanladıqları məktubda bu təşkilatın nəzarəti ilə dinc siyasi həll yollarının əldə olunmasına zəmanət verəcək yəmənli-yəmənli danışıqların keçirilməsini dəstəkləmişdilər.
Yəmən böhranının həlli üzrə ilk yəmənli-yəmənli danışıqlar 15-19 iyunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirildi.

Teqlər