Husilərdən Səudiyyə Ərəbistanının sərhəd bölgəsinə hücum
İyun 29, 2015 12:44 Asia/Baku
Yəmənin Ənsarullah Hərəkatının Səudiyyə Ərəbistanının Yəmən sərhədindəki Nəcran və Cazan şəhərlərinə raketlə hücum təşkil etdiyi bildirilir.
Səhər kanalının məlumatına görə, Husilərə aid "Əl-Masira" saytı xəbər verir ki, Husilər və xalq komitələrini dəstəkləyən silahlı qüvvələr Səudiyyə Ərəbistanının Nəcran və Cazan şəhərlərində yerləşən Əs-Suveyla, Karn Habbaş və Nəhuka hərbi hissələrinə "Qrad" tipli raketlərlə hücum təşkil ediblər. Hücumda bir neçə səudiyyə əsgərinin öldüyü bildirilir.Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki, rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Ramazan ayı başlanandan bəri Səudiyyə rejimi döyüşləri dayandıracağına söz versə də, bu vədinə əməl etməyib. Husilər isə şəhərlərin mühafizəsi üçün cavab verməyə məcbur olduqlarını açıqlayıblar.