İyul 01, 2015 13:07 Asia/Baku
  • İraqın şimalında ABŞ-ın ən iri casusluq bazasının yaradılması ifşa olunub
    İraqın şimalında ABŞ-ın ən iri casusluq bazasının yaradılması ifşa olunub

Kürd siyasi analitik İraqın şimalında Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin ən iri casusluq bazasının yaradılmasından xəbər verib.

İraqın Əlrəy xəbər portalının məlumatına görə, kürd siyasi analitik Ribvar Abdullah dünən bildirib ki, Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin ən iri casusluq bazası İraqın şimalındakı Ərbil şəhərində yaradılıb və İraq Kürdüstanının başçıları iddia edirlər ki, bu baza amerikalı hərbi təlimatçılara aiddir, amma əslində bu, beynəlxalq bir casusluq bazasıdır.
Kürd siyasi analitik əlavə edib: İraq Kürdüstanının başçıları bəzi ölkələr barədə gizli informasiyalar almaq qarşılığında bu bazanın yaradılması ilə razılaşıblar.
Abdullahın sözlərinə görə, əldə olunmuş məlumatlara əsasən, Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin yüksək rütbəli zabitləri supermodern süni peyk aparatları ilə yanaşı bu bazada yerləşiblər. Bazanın yaradılmasında məqsəd, İran, İraq və Suriyadan casusluq etməkdir.

Teqlər