Türkiyə qırıcıları PKK-nın İraqın şimalındakı mövqelərini bombalayıblar
İyul 01, 2015 16:01 Asia/Baku
-
Türkiyə qırıcıları PKK-nın İraqın şimalındakı mövqelərini bombalayıblar
Türkiyə Kürdüstanı Fəhlələr Partiyası- PKK-nın sözçüsü bu partiyanın İraqın şimalındakı mövqelərinin Türkiyə qırıcıları tərəfindən bombalanmasından xəbər verib.
Fars xəbər agentliyinin məlumatına görə, Bəxtiyar Doğan bu gün bildirib ki, Türkiyə qırıcıları PKK-nın Türkiyə-İraq sərhəd zolağındakı Qəndil dağlıq məntəqəsində yerləşən mövqelərini dörd saatdan çox bombalayıblar.Doğan əlavə edib: Türkiyə artilleriyaları da bu hücumlarla bir vaxtda həmin məntəqələri hədəfə alıb və PKK-nın altı bazasını atəşə tutublar.
PKK-nın siyasi qolunun sözçüsü sonra deyib: Türkiyə bu addımla atəşkəs razılaşmasını pozub və bu partiya cavab və reaksiya vermək haqqına malikdir.
Bu hücum elə bir halda edilib ki, 2013-cü ilin martından bəri İraq-Türkiyə şimal sərhədlərində nisbi sakitlik hökm sürür.
Ədalət və İnkişaf Partiyasının rəhbərliyi altında olan dövlət bu ölkədə on illərlə sürən toqquşmalara son qoymaq üçün 2013-cü ilin dekabrından PKK-nın həbsdə olan rəhbəri Abdulla Öcəlan ilə dilaoqa girib. Bu müzakirələr indiyədək nəzərəçarpacaq irəliləyişə malik olmayıb.
Teqlər