İyul 03, 2015 10:17 Asia/Baku
  • Yəmən işlərinin idarəsi üçün prezident şurasının təşkili istənilib
    Yəmən işlərinin idarəsi üçün prezident şurasının təşkili istənilib

Yəmənin Ənsarullah xalq hərəkatının sözçüsü bu ölkənin işlərinin idarəsi üçün prezident şurasının təşkilini istəyib.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, Ənsarullah xalq hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam deyib: Yəməndə prezident şurasının təşkili xarici təzyiqlər qarşısında toxunulmazlıq üçün yeganə həll yoludur və ölkənin işlərinin idarəsini qaydaya sala bilər.
Muhəmməd Əbdussəlam əlavə edib: Ərəbistanın Yəmənə qarşı hava hücumları və xarici müdaxilə BMT-nin Yəmən işləri üzrə nümayəndəsi İsmayil Vələd Əlşeyx Əhmədin beynəlxalq səylərini uğursuz qoyub və təcavüzkar tərəflər Yəmən böhranının siyasi həllində maneə törətmək üçün əllərindən gələni əsirgəmirlər.
Yəmənin Ənsarullah xalq hərəkatının sözçüsü eyni zamanda qeyd edib ki, Yəmən böhranının həlli məqsədilə razılaşmaya çatmaq üzrə Oman paytaxtındakı görüşlər davam edir.

Teqlər