İyul 05, 2015 09:27 Asia/Baku
  • Yəmənli siyasi qruplar prezident şurasının təşkili ilə razılaşıblar
    Yəmənli siyasi qruplar prezident şurasının təşkili ilə razılaşıblar

Yəmənli siyasi qruplar 8 nəfərlik prezident şurasının təşkili barədə razılığa gəliblər.

Livanın Ələhd xəbər portalının məlumatına görə, yəmənli qruplar öz ölkələrində prezident şurasının təşkili barədə ilkin razılığa gəlib və Yəmənin işlərini idarə etmək üçün səkkiz siyasi simaya bu şuranı yaratmağı həvalə etmək istəyirlər.
Bu məlumata görə, Yəməndə Ənsarullah xalq hərəkatının üzvlərindən olan Əli Nasir Muhəmməd prezident şurasına sədrlik edəcək və Əhməd Əli Abdullah Saleh prezident şurasının sədr əvəzi olacaq. Bundan öncə medialar xəbər vermişdilər ki, yəmənli tərəflər Omanda ölkələrinin probemlərinin həlli üçün siyasi həll yoluna çatmaq çəçivəsində müzakirələr aparıblar.
Yəməndəki siyasi qruplar Ərəbistanın bu ölkəyə hücumundan öncə belə bir razılığa gəlmişdilər ki, ölkələrində siyasi boşluğu doldurmaq üçün Yəmənin keçmiş məclisinin yerinə, bir məclis və işlərin idarəsi üçün bir şura yaratsınlar.

Teqlər