Suriyanın şimalında bir neçə kənd azad edilib
İyul 07, 2015 19:25 Asia/Baku
-
Suriyanın şimalında bir neçə kənd azad edilib
Suriyada kürd xalq qüvvələri bu ölkənin şimalında bir neçə kəndi terrorçulardan təmizləyiblər.
Röyters-in məlumatına görə, Suriya kürd xalq qüvvələri bu gün Əlrəqqə şəhərinin şimalında on bir kəndi İŞİD-in işğalından azad edə biliblər. Onlar Suriya ordusunun köməyi ilə iyunun 15-də Türkiyə ilə sərhəddə yerləşən Təl Əbiz şəhərini İŞİD-in işğalından çıxarmağa müvəffəq olublar. Onlar hazırda Rəqqənin 50 kilometr şimalında yerləşən Əyn İsa şəhərinin azad edilməsi üçün döyüşlə məşğuldurlar.Əyn İsa şəhəri indiyədək bir neçə dəfə qarşıduran tərəflər arasında əldən-ələ keçibdir.
Suriya kürdlərinin bu şəhəri iyunun 23-də İŞİD-dən geri ala bilmələrindən sonra təkfirçi terrorçular dünən bir daha həmin şəhərin bəzi hissələrini qəsb ediblər. Rəqqə şəhəri İŞİD-in Suriyadakı əsas qərargahıdır.
Digər tərəfdən, terrorçuların başçısı Əbu Qəttadə Əlləybi bir qrup digər terrorçu ilə yanaşı, Suriya ordusunun Əlhəsəkəyə qarşı hava hücumunda öldürülübdür.
Həmçnin Suriyanın ordusu və silahlı qüvvələri bu ölkənin müxtəlif məntəqələrində, xüsusən Dəra, Həma və Ədləbdə onlarla terrorçunu məhv ediblər.