İyul 11, 2015 13:33 Asia/Baku
  • Seyid Həsən Nəsrullah Ümumdünya Qüds günündə çıxış edib
    Seyid Həsən Nəsrullah Ümumdünya Qüds günündə çıxış edib

Livan Hizbullahının baş katibi Ümumdünya Qüds günü münasibətlilə etdiyi çıxışında regionun ən mühüm məsələləri, o sıradan Suiya, Yəmən, Fələstin məsələləri və Livanın daxili hadisələrini şərh edib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah videokonfrans formasında Livanın paytaxtı- Beyrutun cənubi Zaxiyyə məntəqəsində yayılan bu çıxışında vurğulayıb ki, təkfirçi-sionist planın hədəfi, pulsuz şəkildə islami ölkələri parçalamaq və region ölkələrini dağıtmaqdır.
Seyid Həsən Nəsrullah həmçinin Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinin məqsədini, intiqam adlandırıraq, deyib: Sionist rejim də bu qənaətdədir ki, Yəmənin istiqlaliyyəti və hakimiyyəti onun qarşısında bir növ müqavimətdir və Yəmənə qarşı hücumlar Ərəbistanın İsrailə olan ən yaxşı xoşxidmətliliyidir.
Seyid Həsən Nəsrullah sonra sionist rejim daxil olmaqla Suriyanın düşmənlərinə xitabən vurğulayıb ki, Suriya düşmənlər qarşısında möhkəm və müqavimətlidir və təcavüzakarlar özlərinin heç bir məqsədlərinə, o cümlədən Suriya hökumətini devirmək məqsədinə çata bilməyəcəklər.
Livan Hizbullahının baş katibi həmçinin sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə toxunaraq, deyib ki, rəsmi ərəb hökumətləri Fələstini və Fələstin xalqını İsrailə satıblar.
Seyid Həsən Nəsrullah sionist rejimin Misirlə Həmas təşkilatı arasında ixtilaf salmaq üzrə planına da işarə edib.
Seyid Həsən Nəsrullah çıxışının digər bir hissəsində Livanın daxili məsələləri barədə danışıb.

Teqlər