İyul 11, 2015 14:16 Asia/Baku
  • Sionist rejimin kəşfiyyat pilotsuzu süqut edib
    Sionist rejimin kəşfiyyat pilotsuzu süqut edib

Livan ordusu bu ölkənin şimalında sionist rejimin bir kəşfiyyat pilotsuzunun süqut etməsindən xəbər verib.

Frans-Press-in məlumatına görə, Livan ordusunun komandanlığı rəsmi bəyanatda bildirib ki, şənbə günü səhər Livanın şimalındakı Tripoli limanında sionist rejimin bir kəşfiyyat pilotsuz təyyarəsi süqut edib.
Bəyanatda deyilir ki, Livan ordusunun qüvvələri lazımı tədbirləri görüblər, amma tədbirlərin növünə işarə olunmayıbdır.
Livan ordusu Twitter-dəki rəsmi səhifəsində bu pilotsuz təyyarə ilə bağlı iki foto-şəkil çap edibdir ki, bu şəkillərdə pilotsuz təyyarə ağ rəngdə və nisbətən salamatdır.
Livanın təhlükəsizlik qüvvələri pilotsuz təyyarənin süqut etdiyi məntəqəni mühasriə ediblər.

Teqlər