İyul 15, 2015 17:39 Asia/Baku
  • Bəhreyndə bomba partlayışı
    Bəhreyndə bomba partlayışı

Bəhreyndə bomba partlayışı nəticəsində bir nəfər həlak olub.

Mərat Əl-Bəhreyn xəbər portalınn məlumatına görə, Bəhreyndə 14 Fevral İnqilabı Gəncləri Koalisiyası bu ölkənin paytaxtı Manama şəhərinin yaxınlığındakı Şərqi Ələkr məntəqəsində bu məntəqənin sakini Qasim Muhsinin bomba partlayışında öldürülməsindən xəbər verərək, əhalini Qasim Muhsinin dəfn mərasimində iştiraka çağırıb.
Belə bir halda, Bəhreyn Daxili İşlər Nazirliyi iddia edib ki, Manama şəhəri yaxınlığındakı Şərqi Ələkr məntəqəsində bomba yerləşdirmək istəyən şəxsin özü partlayışın qurbanı olub.
Bundan qabaq da Bəhreyndə oxşar partlayışlar baş vermiş və bir qrup vətəndaşın və inqilabçının həlak olması ilə nəticələnmişdi. Siyasi qrupların bu sahədə təhqiqat üçün müstəqil həqiqətarama komitəsinin təşkili üzrə xahişlərinə rəğmən, Ali-Xəlifə rejimi hələ də bu sahədə həmkarlıqdan boyun qaçırır.

Teqlər