İyul 21, 2015 16:06 Asia/Baku
  • Məhəmməd Mursi yenidən mühakimə edilir
    Məhəmməd Mursi yenidən mühakimə edilir

Misirin hərbi çevriliş ilə hakimiyyətdən kənarlaşdırılan prezidenti Məhəmməd Mursi yenidən mühakimə edilir.

Misirin əl-Yəum əl-Sabe informasiya agentliyinin verdiyi məlumata görə, Qahirə Cinayət Məhkəməsi bu gün çərşənbə axşamı bir daha Məhəmməd Mursi və İxvanül-Müslimin hərəkatının liderlərindən olan 10 nəfərin mühakiməsinə start verib.
Bu məlumata görə, Misirin Ali Dövlət Təhlükəsizliyi Divanı yeni məhkəmə işi ilə bağlı səsləndirilən ittihamnamədə Məhəmməd Mursi və digər müttəhimlərin ümumi və müharibə qurumlarının, silahlı qüvvələrin və Daxili İşlər Nazirliyinin məxfi sənədlərini və informasiyalarını oğurlamaqda ittiham edildiklərini bildirib. Bu sənədlər arasında milli təhlükəsizlik və dövlətçilik siyasəti ilə bağlı məxfi sənədlərin olduğu da iddia olunur.
Məhəmməd Mursi bundan öncə "məhbusların qaçırdılması" işi ilə bağlı edama, "Casusluq" işi ilə bağlı isə ömürlük həbsə məhkum edilib.
İxvanül-Müslimin hərəkatının lideri Məhəmməd Bədii habelə, bu hərəkatın rəhbər üzvlərindən olan Səəd Kətatəni, İsam əl-Üryan və bir sıra digərləri isə "Casusluq" işi ilə əlaqədar ömürlük həbsə məhkum ediliblər.

Teqlər