Bağdadda terrakt: 20 ölü və onlarla yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196123-bağdadda_terrakt_20_ölü_və_onlarla_yaralı
Ötən gecə Bağdadın şimal və cənubunda bomba quraşdırılmış avtomobillərin partladılması ilə iki terror aktı törədilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2015 04:20 Asia/Baku
  • Bağdadda terrakt: 20 ölü və onlarla yaralı
    Bağdadda terrakt: 20 ölü və onlarla yaralı

Ötən gecə Bağdadın şimal və cənubunda bomba quraşdırılmış avtomobillərin partladılması ilə iki terror aktı törədilib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadən verdiyi məlumata görə, ilk versiyalarda bu iki partlayışda 20-dən çox sivilin həlak olması və onlarla nəfərin yaralanması irəli sürülüb.
İraqın yerli mənbələrinin bildirdiyinə görə, Bağdadın cənubudan Şəhidlər məntəqəsində törədilən aktda ən azı 18 nəfər həlak olub, 30-dan çox iraqlı yaralanıb.
Həmçinin Bağdadın şimalında əl-Şəəb məntəqəsində iki bomba quraşdırılmış avtomobil bir-birinin ardınca partladılıb.
Şahidlər hadisədə çoxlu sayda İraq vətəndaşının həlak olduğunu bildiriblər. Lakin partlayışlarla əlaqədar hələlik rəsmi açıqlama verilməyib.
Bağdadda təhlükəsizlik vəziyyəti son günlərdə daha da pisləşib.
Əl-Anbarın azad olunması əməliyyatının Fəllucə darvazalarına çatmasından sonra bu terror aktları daha da artıb.
Çərşənbə axşamı günü də əl-Zəfəraniyyə və Yeni Bağdad bölgələrində iki terror aktı törədilmiş və çoxlu sayda İraq vətəndaşı həlak olmuşdu.