Bəhreyndə xalq etirazlarının yeni dövrü başlanıb
İyul 24, 2015 09:35 Asia/Baku
Bəhreynin siyasi fəalları bu ölkdə xalq etirazlarının yeni dövrünü başlayıblar.
Səhər Beynəlxalq Televiziyasının Manama Post xəbər portalına istinadla verdiyi məlumata görə, 14 Fevral Bəhreyn İnqilab Gəncləri Koalisiyasının səyi ilə "Bəhreynli Əsir Həftəsi" fəaliyyətlərinin başlanması ilə şəhər və kəndlərdə xalq etirazının yeni dövrü start götürüb.Bununla əlaqədar Bəhreyndə məhbus fəallara dəstək üzrə geniş fəaliyyətlər və aksiyalar ərəfəsində bu fəalların şəkilləri müxtəlif bölgələrdə yayımlanıb.
Həmçinin 14 Fevral İnqilab Gəncləri Koalisiyası Bəhreyn xalqından Ali-Xəlifə rejiminin repressiv siyasəti davam etdirməsinə etiraz olaraq bu ölkənin müxtəlif bölgələrində aksiyalar keçirməsini istəyib.
Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Ali-Xəlifə rejimi hərbçiləri iyul ayının 3-cü həftəsində bu ölkənin 30 vətəndaşını, o cümlədən 4 uşağı müxtəlif bəhanələrlə həbs ediblər.
Həmçinin həmin müddətdə Bəhreynin müxtəlif şəhər və kəndlərində 61 dinc etiraz aksiyası keçirilib. Onların 13-ü Ali-Xəlifə rejimi hərbçilərinin repressiyası ilə üzləşib.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırılmasından indiyə qədər xalq etirazlarının şahididir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin dayanması, xəlqi hökumətin təşkil olunması, siyasi islahatların aparılması və siyasi məhbusların azad olunmasını tələb edir.
Ali-Xəlifə rejimi hərbçiləri Ada Sipəri qüvvələri çərçivəsində Bəhreyndə yerləşdirilən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin köməyi ilə bu ölkədə xalq etirazlarını repressiya edirlər.