İyul 25, 2015 17:57 Asia/Baku
  • Terrorçular Suriyada ağır tələfat verdilər
    Terrorçular Suriyada ağır tələfat verdilər

Suriya ordusu və xalq qüvvələri onlarla İŞİD terrorçusunu məhv ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Suriya ordusunun Hərbi Hava Qüvvələri Hələbin Kuyros hava limanının qərb və cənubunda İŞİD terror qruplaşmasının mövqelərini bombardman ediblər. Bu hücumlarda 80-dən çox terrorçu öldürülüb.
Kuyros aeroportu 2 ildən çoxdur ki, terror qruplaşmalarının mühasirəsindədir.
Suriya ordusu və xalq qüvvələri həmçinin terrorçuların İdlib yaxınlığında Kəfərya və Fuə bölgələrinə hücumlarını zərərsizləşdirib və onların bir neçə hərbi avtomobilini məhv ediblər.
İdlibdə xalq qüvvələrinin terrorçularla döyüşlərində onlarla terrorçu, o cümlədən Səudiyyə Ərəbistanı vətəndaşı olan Əbdürrəhamn əl-Xəzir adlı İŞİD başçılarından biri öldürülüb.
Bu arada Suriya ordusu və Livan Hizbullahı döyüşçüləri əl-Qələmun sərhəd bölgəsində terrorçuların 3 avtomobilini məhv edib və bir neçə terrorçunu öldürüblər.

Teqlər