İyul 26, 2015 09:23 Asia/Baku
  • Türkiyədə partlayış: Bir nəfər həlak olub
    Türkiyədə partlayış: Bir nəfər həlak olub

Türkiyədə bomba quraşdırılmış avtomobilin partladılması bir nəfərin ölümü ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, bazar günü səhər Türkiyənin kürd sakinli Diyarbəkir vilayətində bir hərbi karvanın yaxınlığında bomba quraşdırılmış avtomobil partladılıb. Nəticədə bir hərbçi həlak olub.
Türkiyə medialarının bildirdiyinə görə, bu hərbi karvan Diyarbəkirdə bir hərbi əməliyyatı keçirmək üçün gedirmiş.
Qeyd edək ki, Türkiyə silahlı qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşması, eləcə də İraqın şimalında PKK-nın mövqelərini atəşə tutublar.
Türkiyə təhlükəsizlik qüvvələri həmçinin bu ölkənin müxtəlif vilayətlərində irimiqyaslı əməliyyatlar keçirərək terror qruplaşmaları, o cümlədən İŞİD-ə üzv olmaq ittihamı ilə çoxlu sayda şübhəlini həbs ediblər.
Halbuki ötən müddət ərzində Türkiyə terrorçuların bu ölkə ərazisindən İraq və Suriyaya və əks istiqamətdə gediş-gəlişinə imkan yaratmışdır.

Teqlər