İyul 30, 2015 08:55 Asia/Baku
  • Ban Ki Mun Suriya böhranında İranın rolunu vurğulayıb
    Ban Ki Mun Suriya böhranında İranın rolunu vurğulayıb

BMT baş katibi İran və Altılıq qrupunun nüvə anlaşmasını Suriya böhranının dinc yolla həlli təsirli örnək adlandırıb və deyib: İran regionun qüdrətli və əhəmiyyətli ölkəsi olaraq bu böhranın həllində təsirli və konstruktiv rola malik ola bilər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Ban Ki Mun çərşənbə günü Yaxın Şərq məsələləri, xüsusilə də Suriya və Yəmən böhranları ilə əlaqədar Təhlükəsizlik Şurasının xüsusi iclasından sonra jurnalistlərə deyib: Nüvə anlaşması beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin alqışına səbəb olub və bu təşkilatın rəsmiləri bu nailiyyət barədə öz razılıqlarını bildirmişlər.
Ban Ki Mun Suriyadakı böhranda 250 min nəfərin həlak olduğunu, 700 min nəfərin yaralandığını və 12 milyondan çox suriyalının qaçqın düşdüyünü bildirərək bu böhranı son dekadaların ən faciəvi və ağrılı böhranı adlandırıb.
BMT baş katibi Suriya böhranının həlli istiqamətində Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Misturanın diplomatik səyləri və yeganə çərçivə və mümkün yol olaraq Cenevrə-2 elanını vurğulayıb və deyib: Təhlükəsizlik Şurasının üzvləri bu xüsusi iclasda yekdilliklə bu elanı və De Misturanın siyasi səylərini dəstəkləyiblər.
Bütün region və dünya ölkələrinn Suriya börhanının genişlənməsinin qarşısını almaq və onun həllində əsaslı rolu oynaya biləcəklərini bildirən Ban Ki Mun bu ölkələrdən De Misturanın diplomatik səylərini dəstəkləmələrini, Suriya ərazisinə silah və xarici muzdlu göndərmək və bu ölkə böhranını qızışdırmaqdan çəkinmələrini istəyib.

Teqlər