Bağdaddın şərqində partlayış, ölü və yaralı sayı 20-ni keçdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196513-bağdaddın_şərqində_partlayış_ölü_və_yaralı_sayı_20_ni_keçdi
İraqın təhlükəsizlik mənbələri Bağdadın şərqində , Sədr şəhərində baş vermiş partlayışda 5 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2015 05:38 Asia/Baku
  • Bağdaddın şərqində partlayış, ölü və yaralı sayı 20-ni keçdi
    Bağdaddın şərqində partlayış, ölü və yaralı sayı 20-ni keçdi

İraqın təhlükəsizlik mənbələri Bağdadın şərqində , Sədr şəhərində baş vermiş partlayışda 5 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, terrorçu ünsürlər çərşənbə gecə Bağdadın şərqində yerləşən Sədr şəhərində bomba quraşdırılmış 2 avtomobildən istifadə edərək, partlayış törədiblər.
İraqın xəstəxana mənbələrindən verilən məlumata görə, bu iki partlayış nəticəsində 5 nəfər həyatını itirib. 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qalmaqdadır və hadisə qurbanlarının sayının artması ehtimalı var.
İraqın polis mənbələri həmçinin bildiriblər ki, dünən gunorta Bağdadın şimalında, Hüseyniyə məntəqəsində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində də bir neçə nəfər həlak olub və yaralanıb.