Avq 09, 2015 09:27 Asia/Baku
  • İraqın qərbində İŞİD-in bir qrup başçısı öldürülüb
    İraqın qərbində İŞİD-in bir qrup başçısı öldürülüb

İŞİD-in başçılarından olan 6 nəfər İraq ordusunun hava hücumları zamanı öldürülüb.

Ərəbistanın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, İraq ordusu bir bəyanat yayaraq, bildirib ki, İraq ordusunun qırıcıları İŞİD liderlərinin əl-Ənbar vilayətinin qərbində, Rütbə məntəqəsindəki yığıncağını hədəfə alaraq, 6 nəfəri öldürüblər.
Bu hava hücumları zamanı, İŞİD-in hərbi təchizatlarına da ciddi zərər və ziyanlar dəyib.
Bu arada İraqın könüllü xalq qüvvələrinin komandanlarından olan Cabbar əl-Məmuri şənbə günü bildirib ki, İŞİD-in Qəssabı ləqəbi ilə tanınan Əbdürrəzzaq adlı terrorçu əl-Ənbar vilayətinin qərbində öldürülüb.
O, deyib: Birləşmiş qüvvələr Diyalə vilayətinin könüllü xalq qüvvələrinin dəstəyi ilə Fəllucənin 10 kilometrliyində yerləşən Səqlaviyə məntəqəsinə hücum edərək, bu terrorçunu öldürüblər.
İŞİD terror qruplaşması ötən ilin bahar fəslinin sonlarından şübhəli bir plan əsasında İraqın Neynəva vilayəti və onun mərkəzi olan Mosul şəhərini habelə, İraqın 5 vilayətinin ərazilərini işğal etdi. Bu müddət ərzində İŞİD bir çox dəhşətli cinayətlərə yol verib.

Teqlər