Avq 13, 2015 15:07 Asia/Baku
  • Bağdadda qanlı terror; 60 nəfər ölü
    Bağdadda qanlı terror; 60 nəfər ölü

İraqın paytaxtında bomba quraşdırılmış bir avtomobilin partladılması 60 nəfərin həyatına son qoydu.

Skay Nyus-un verdiyi məlumata görə, bu gün cümə axşamı Bağdadda, şiə sakinli Sədr qəsəbəsinin yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub, 200 nəfər isə yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır elan olunub.
Bağdad ötən həftələr ərzində nisbi sakitliyə malik olmuşdu. Belə nəzərə gəlir ki, bu terror aktında məqsəd, İraqın qərbində terrorçulara qarşı mübarizəni habelə, ölkədə cərəyan edən siyasi prosesləri təsir altına almaqdır.

Teqlər