Avq 14, 2015 10:11 Asia/Baku
  • Suriyada mindən çox yaraqlı təslim olub
    Suriyada mindən çox yaraqlı təslim olub

Suriyada mindən çox silahlı özünü bu ölkə ordusuna təslim edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Dəməşq vilayətinin tabeliyində olan əl-Qələmun məntəqəsində 1200 silahlı öz silahlarını yerə qoyaraq, ordu qüvvələrinə təslim olub.
Suriya ordusunun Həfir əl-Fuqa qəsəbəsindəki silahlılara öz silahlarını yerə qoymaları ilə bağlı verdiyi möhlət, dünən cümə axşamı başa çatıb.
Bu 1200 nəfərin silahı yerə qoyaraq, orduya təslim olmasının ardınca, Həfir əl-Fuqa şəhəri hazırda yaraqlı ünsürlərdən təmizlənib. Ordu qüvvələrinə təslim olan silahlıların bir çoxu, terrorçulara qarşı savaşmaq üçün artıq könüllü xalq qüvvələrinə qoşulub. Həfir əl-Fuqa qəsəbəsindəki yaraqlıların bu hərəkəti ətraf məntəqələrdəki yaraqlı qrupları nigaran etməyə başlayıb. Xüsusilə ona görə ki, bu məntəqədə yerləşən bir neçə qəsəbə o cümlədən Təll, Qüdsiya, əl-Hamə, Məzaya və Məzmiyətül-Şam qəsəbələri də Suriya ordusu ilə atəşkəs və sülh anlaşmasını imzalayıblar.
Terrorçu dəstə başçılarından olan Hazim əl-Qələmun bu barədə öz internet səhifəsində yazıb: Yalnız Təll şəhərində 10 mindən çox yaraqlı var. Əgər onlar Suriya ordusuna təslim olarlarsa, bu, yaraqlı qruplaşmalar üçün böyük bir faciə olacaq.
Digər tərəfdən Suriyadan daxil olan məlumatlara görə, Suriyanın mərkəzində, Palmira şəhəri yaxınlığında bir qrup İŞİD terrorçusu və onların ixtiyarında olan hərbi texnika məhv edilib.
Həmçinin, Həma və İdlib şəhərlərinin ətrafında terrorçulara qarşı əməliyyatlar davam edir.
Dəməşq və Qüneytrədə də sionist rejimə bağlı olan təkfirçi-terrorçu ünsürlərə qarşı hərbi əməliyyatların davam etdiyi bildirilir.

Teqlər