İraq ordusu və xalq qüvvələri Rəmadi şəhərinə doğru irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196726-İraq_ordusu_və_xalq_qüvvələri_rəmadi_şəhərinə_doğru_irəliləyir
Təhlükəsizlik qüvvələri, könüllü xalq qüvvələri və əl-Ənbar vilayətinin yerli tayfalarından olan qüvvələr Rəmadi şəhərinə doğru irəliləyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2015 05:49 Asia/Baku
  • İraq ordusu və xalq qüvvələri Rəmadi şəhərinə doğru irəliləyir
    İraq ordusu və xalq qüvvələri Rəmadi şəhərinə doğru irəliləyir

Təhlükəsizlik qüvvələri, könüllü xalq qüvvələri və əl-Ənbar vilayətinin yerli tayfalarından olan qüvvələr Rəmadi şəhərinə doğru irəliləyirlər.

Livanın əl-Əhd informasiya portalının verdiyi məlumata görə, ordu və könüllü xalq qüvvələri yerli tayfaların dəstəyi ilə iki istiqamətdən, şimaldan və şərqdən Rəmadi şəhərində doğru irəliləməyə başlayıblar.
Əl-Ənbar vilayəti Xalidiyə şəhər şurasının sədri Əli Davud dünən Rəmadinin azad edilməsi əməliyyatı barədə deyib: Bu əməliyyatlar Rəmadi şəhərinin azad edilməsi əməliyyatının 2-ci mərhələsi çərçivəsində həyata keçirilir.
İraqın müdafiə naziri Xalid əl-Əbidi də çərşənbə günü bildirmişdi ki, ordu, polis və könüllü xalq qüvvələri Rəmadi şəhərinin mühasirəsini təkmilləşdirərək, Rəmadi şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının ikinci mərhələsinə başlayıblar.