İraqlı didərginlərin sayı artır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196764-İraqlı_didərginlərin_sayı_artır
Beynəlxalq Mühacirət Təşkilatı iraqlı didərginlərin sayının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2015 09:38 Asia/Baku
  • İraqlı didərginlərin sayı artır
    İraqlı didərginlərin sayı artır

Beynəlxalq Mühacirət Təşkilatı iraqlı didərginlərin sayının artmasından xəbər verib.

Misirin Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, Beynəlxalq Mühacirət Təşkilatının İraqdakı ofisi bildirib ki, 2014-cü ilin dekabrından 2015-ci ilin iyul ayınadək iraqlı didərginlərin sayı üç milyon nəfərdən yuxarıya çatıbdır. Ələnbar və Kərkük vilayətləri 2015-ci ilin iyul ayında ən çox didərginə malik olublar.
Beynəlxalq Mühacirət Təşkilatı bildirib ki, Ələnbar, Kərkük, Bağdad, Dəhuk, Səlahəddin, Ərbil və Niynəva vilayətləri ən çox iraqlı didərgini qəbul ediblər.
İraq ötən ilin yayından bəri terrorçu İŞİD qrupunun bu ölkənin şimal şəhərlərinə hücumu, onların bəzilərinin işğalı və bu qrup tərəfindən törədilən cinayətlərdən irəli gələn böhranla üzləşir və İraq xalqının böyük bir hissəsi didərgin düşübdür.