Avq 15, 2015 19:34 Asia/Baku
  • Terrorçular Suriyada atəşkəsi pozublar
    Terrorçular Suriyada atəşkəsi pozublar

Terrorçular Suriya dövləti ilə əldə olunmuş razılaşmanı bu ölkənin şimal-qərbindəki İdlib şəhərinin ətrafında pozublar.

Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, terrorçu-təkfirçi Əhrarulşam qrupu İdlib şəhərinin ətrafında şiə sakinli Kəfərya və Əlfuə qəsəbələrində atəşkəsi pozaraq, onlarla mərmi və raketlə bu iki qəsəbədəki yaşayış massivlərini atəşə tutublar.
Bu hücumlar nəticəsində indiyədək beş sivil həlak olub, 21 nəfər də yaralanıbdır.
Suriya ordusu da bu hücumlara cavab olaraq, terrorçuların Dəməşq ətrafında yerləşən Əlzubdani şəhərindəki mövqelərini hədəfə alıbdır.
Ordu və xalq qüvvələri, o sıradan Livan Hizbullahı Müqaviməti ilə terrorçu qruplar arasındakı atəşkəs çərşənbə günündən başlanıb və onun uzadılması və razılığa çatmaq üzrə danışıqlar bu gün səhərədək və atəşkəsin pozulmasından öncəyədək davam edibdir.

Teqlər