İraqda onlarla İŞİD terrorçusu öldürüldü
Avq 16, 2015 09:32 Asia/Baku
-
İraqda onlarla İŞİD terrorçusu öldürüldü
İraq ordusu və könüllü xalq qüvvələri ölkənin müxtəlif məntəqələrində 150-dən çox terrorçunu məhv ediblər.
PressTV-nin verdiyi məlumata görə, İraq polisinin komandanı deyib: Rəmadinin şərqində, Həsibə məntəqəsində gedən toqquşmalarda təhlükəsizlik qüvvələri və polis əməkdaşları 29 təkfirçini öldürüblər.Bu məlumata görə, İraq ordusu təkfirçilərin bazasına raket zərbələri endirib və onların sığınacağını, raket platformalarını məhv edib.
İraqın bir təhlükəsizlik rəsmisi isə bildirib ki, təqribən 125 İŞİD terrorçusu İraq ordusunun hava hücumları zamanı Tikritin şimalında öldürülüb.
Bu hücum zamanı 70 nəfər də yaralanıb.
İraqın digər bir məntəqəsində isə İŞİD terrorçuları qənimətin bölüşdürülməsi üstündə çıxan ixtilaf nədəniylə, bir-birilərinə atəş açıblar. Nəticədə, 4 terrorçü öllüb.