Türkiyədə Ədalət və İnkişaf partiyasının binası qarşısında partlayış törədilib
Avq 16, 2015 14:15 Asia/Baku
-
Türkiyədə Ədalət və İnkişaf partiyasının binası qarşısında partlayış törədilib
PKK yaraqlıları Türkiyənin Diyərbəkir vilayətində, Şanlıurfa bölgəsində hakim Ədalət və İnkişaf partiyasının qərargahı qarşısında partlayış törədib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində binanı mühafizə edən polis əməkdaşı yaralanıb.Hadisə yerinə gələn polis qüvvələri qərargahın yaxınlığında daha bir partlayıcı qurğu aşkar edib və zərərsizləşdiriblər.
Hadisə əlaqədar bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
Başqa bir məlumata görə, Türkiyənin Qars vilayətinin Kağızman və Digor qəsəbələri arasındakı ərazidə də PKK terror törədib.
Yola basdırılmış minanın partlaması səbəbindən bir əsgər həyatını itirib, biri isə ağır yaralanıb.
Anadolu Agentliyi hadisədən sonra ərazidə keçirilmiş əməliyyat nəticəsində 3 terrorçunun məhv edildiyini bildirib.
Bölgədə hava dəstəkli əməliyyatlar davam edir.
Son 40 gündə Türkiyədə terror olayları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.