Avq 17, 2015 11:01 Asia/Baku
  • Türkiyəli siyasi partiya fəalları Ərdoğanın konstitusiyaya hörmət etməsini istəyiblər
    Türkiyəli siyasi partiya fəalları Ərdoğanın konstitusiyaya hörmət etməsini istəyiblər

Türkiyədə siyasi partiya fəalları bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanı ölkə konstitusiyasına hörmət etməyə dəvət ediblər.

İRİB-nin məlumatına görə, Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və Azadlıq və Birlik Partiyasının siyasi fəalları, habelə, Türkiyə məhkəmə hakimləri və prokurorları cəmiyyəti bildiriblər ki, Ərdoğana Türkiyənin siyasi quruluşunu öz xeyrinə dəyişmək icazəsi verməyəcəklər.
Xalqların Demokratik Partiyasının sözçüsü Ayhan Bilgin Ərdoğanın istəklərini Türkiyə konstitusiyasına zidd adlandırıb və deyib: Ərdoğanın hazırkı mövqeyi, onun seçkilər zamanı səsləndirdiyi fikirlər ilə tam fərqlidir.
Cümhuriyyət Xalq Partiyası baş katibinin müşaviri Vəli Ağababa da deyib: Ərdoğan öncə bir vəziyyət yaradır, saha sonra isə bütün ölkəni həmin vəziyyətə uyğunlaşdırmağa çalışır. Buna görə də, Ərdoğan öz istəklərinə uyğun olmayan heç bir şeyi qəbul etmir.
Vəli Ağababa əlavə edib: Ərdoğan unutmamalıdır ki, Türkiyə xalqı son seçkilərdə onun istəklərinə yox dedi.

Türkiyənin Azadlıq və Birlik Partiyasının baş katibi Alpər Taş da deyib: Ərdoğan güc strukturlarının müstəqilliyinə deyil, onların öz ətrafında birləşdirilməsinə çalışır.
A.Taş əlavə edib: Ərdoğan çalışır ki, 2023-cü ilə kimi ölkənin siyasi quruluşunu dəyişərək, öz istəklərinə uyğun formada iqtidara yiyələnmək istəyir.
Türkiyənin Hüquqşunaslar Birliyinin sədri Ömər Faruq Əmin Ağaoğlu da Ərdoğanı Türkiyə konstitusiyasına qarşı çevrilişdə ittiham edib və deyib: Ərdoğanın Türkiyədə yaratdığı vəziyyət ölkə konstitusiyasına ziddir.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dəfələrlə ölkənin siyasi quruluşunun Parlament sistemindən prezidentlik sisteminə çevrilməsinə təkid edib. Ərdoğan öz müxalifləri və tənqidçilərinə xitabən deyib: İstəsəniz də, istəməsəniz də, Türkiyənin siyasi quruluşu dəyişib.

Teqlər