Terrorçular Dəməşq şəhərinin icməli suyunu kəsdi
Avq 18, 2015 09:32 Asia/Baku
-
Terrorçular Dəməşq şəhərinin icməli suyunu kəsdi
Suriyadakı terrorçular Dəməşq əhalisini içməli sudan məhrum ediblər.
Suriya əl-An informasiya portalı bazar ertəsi günü Dəməşq şəhəri Su və Kanalizasiya Təşkilatının sədri Hisaməddin Hürəydinə istinada bildirib: Terrorçu qruplaşmalar bəzi bulaqların yolunu dəyişərək, onları səhralıq ərazilərə yönləndiriblər. Dəməşq əhalisini susuz qoymaq məqsədi ilə atılan bu addım, şəhərdə su qıtlığının yaranmasına səbəb olub.Hürəydin əlavə edib: Su qıtlığı yaranmasın deyə, Dəməşqin ehtiyat fondundan şəhər əhalisinə su verilməyə başlanıb. Amma, ehtiyat su fondu əhalinin suya olan ehtiyacının yalnız 40%-in təmin edə bilir.
Hürəydin həmçinin deyib: Dəməşqin yaşayış məntəqələrində içməli suyun verilməsində 1-2 günlük fasilə yarana bilər. Lakin, həmişəlik olaraq kəsilməyəcək. Biz çalışırıq ki, mövcud su ehtiyatını şəhər əhalisi arasında bərabər şəkildə paylayaq.
Terrorçular həmçinin, Suriyada içməli su qaynaqlarını çirkləndirirlər ki, bu da əhalinin kimyəvi maddələrlə çirkləndirilmiş sudan istifadə etməsinə və əhali arasında xəstəlik hallarının artmasına səbəb olur.