Avq 23, 2015 10:02 Asia/Baku
  • İŞİD Ələnbarda böyük tələfat verib
    İŞİD Ələnbarda böyük tələfat verib

İraqlı qırıcıların Ələnbar vilayətinə qarşı ən son hücumunda terrorçu-təkfirçi İŞİD qrupunun onlarla üzvü ölüb və ya yaralanıbdır.

Sin-Xua-nın məlumatına görə, şənbə günü iraqlı qırıcıların İŞİD-in Ələnbar vilayətinin müxtəlif məntəqələrində, xüsusən bu vilayətin mərkəzi olan Əlrəmadidəki mövqelərinə qarşı hücumlarında azı 25 İŞİD-çi ölüb, onlarla nəfər də yaralanıbdır.
Bu hücumlarda terrorçuların bir neçə ədəd transportyoru və bir neçə sursat anbarı məhv edilib.
İraq ordusu həmçinin bildirib ki, İŞİD tərəfindən Ələnbar vilayətinin Fəllucə şəhərinin şərqindəki bir hərbi bazanın atəşə tutulmasında bir hərbçi ölüb, beş nəfər də yaralanıbdır.
İraq rəsmiləri iki ay bundan öncədən Ələnbar vilayətinin əsas şəhərlərinin İŞİD ünsürlərindən təmizlənməsi üçün geniş əməliyyata başlayıblar.
Belə bir halda, İraqın Bədr təşkilatının sədri vurğulayıb ki, İraqın düşmənləri bu ölkənin mərkəzi və cənubi vilayətlərini səbatsız etmək niyyətindədirlər.
İraqın Bədr təşkilatının sədri Hadi Əlamiri şənbə günü deyib ki, düşmənlər mərkəzi və cənubi vilayətləri səbatsız etmək barədə fikirləşirlər.
O, bəzi xarici səfirlikləri odla oynamaqda ittiham edərək, vurğulayıb ki, bu ölkələr İraqın milli hakimiyyətini pozmamalıdırlar.
Əlamiri ayətullah Seyid Muhəmməd Sadiq Sədrin şəhadətinin 17-ci ildönümü günü münasibətilə keçirilən mərasimdəki çıxışında deyib: Təhlükə öz qüvvəsində qalmaqda davam edir və düşmənlər mərkəzi və cənubi vilayətləri səbatsız etmək barədə fikirləşirlər.
O, bəzi xarici səfirliklərin odla oynamaq istədiklərini bildirərək, onlardan istəyibdir ki, öz hesablamalarını bir daha nəzərdən keçirsinlər.
Əlamiri habelə əsas qanunun qorunması və qanunlara riayətin vacibliyini vurğulayıb.

Teqlər