İraq ordusu strateji bir məntəqəni İŞİD-in əlindən aldı
Avq 26, 2015 09:38 Asia/Baku
-
İraq ordusu strateji bir məntəqəni İŞİD-in əlindən aldı
İraq ordusu Anbar Vilayətinin Cbar strateji rayonunu İŞİD-in əlindən alııb. Bu rayonda İraq hərbçi və könüllülərinə təlim keçirilən mühüm hərbi bazas yerləşir.
RİA "Novosti” Xəbər Agentliyinin məlumatına əsasən, xalq ordusunun nümayəndəsi deyib ki, birləşmiş qüvvələr Hit dairəsindəki Cbat rayonunu azad etməyi bacardı.
Cbat rayonu İraq ordusunun əlinə iyul ayında da keçib, lakin İŞİD onu yenidən hşğal etmişdi. Anbar Vilayəti qərbdən Suriya və İordaniya ilə həmsərhəddir. Vilayətin iri şəhərləri Əl-Fəllucə və Əl-Ramadi 2014-cü ilin əvvəlində ilk olaraq İŞİD-in əlinə keçmişdi. İndiyə kimi vilayətin üçdə ikisi terrorçuların nəzarətində qalmaqda davam edir.