İŞİD-in İraqdakı cinayətləri səngimək bilmir
Avq 26, 2015 11:04 Asia/Baku
-
İŞİD-in İraqdakı cinayətləri səngimək bilmir
Terrorçu İŞİD qruplaşması İraqda törətdiyi cinayətlərinin davamında bu ölkə vətəndaşlarından onlarla nəfərini, qrupun qanun və əmrlərinə tabe olmadığı üçün edam edib.
Asiya Xəbər Agentliyinin məlumatına əsasən İraqın şimalı Mosulda , Kürdüstan Demokratik Partiyasının məsul şəxsi Səid Məmuzini qeyd edib: İŞİD İraqda 10 mülkini həbs etdikdən sonra Bab Əl-tub məntəqəsində onları ailə üzvləri qarşısında edam edib.Məmuzini Mosulda terrorçu İŞİD-in əməllərinə qarşı əhalinin etirazının çoxalmasına işarə edərək xatırladıb: Bu terrorçu qrup müxalif insanları edam etməklə əhali arasında qorxu və dəhşət yaratmağa səy göstərir.
Əl-Ənbar vilayətinin yerli qaynaqlarından biri də bir bəyanatda bildirib: Terrorçu İŞİD qruplaşması 3 mülki insanı və İraqın seçki komissiyasının sabiq üzvlərindən iki nəfərini bu ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdə suçlayaraq həmin 5 nəfəri Fəllucə şəhərinin əsas meydanlarından birində edam edib.
Tikritin təhlükəsizlik qaynaqlarından biri də bildirib: Terrorçu təkfirçilər Bəacə kəndində 4 gənci həbs edib və daha 4 nəfəri də İraqın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda suçlayaraq Əl-Şərqat-ın yaxınlığında edam ediblər.
İŞİD ünsürləri iraqlı gəncləri ümumi məkanda asdıqdan sonra onların cəsədlərini ailələrinə təhvil verməyiblər.
İraqın müdafiə naziri Xalid Əl-Əbidi-nin dediklərinə görə təkfirçi İŞİD qruplaşmasının ünsürləri Neynəvanı ələ keçirdikləri gündən bəri iki min yetmiş nəfəri bu vilayətdə edam ediblər.