Avq 29, 2015 19:07 Asia/Baku
  • İŞİD Suriya və Türkiyə sərhədlərindəki bazalarını boşaltmağa məcbur olub
    İŞİD Suriya və Türkiyə sərhədlərindəki bazalarını boşaltmağa məcbur olub

Terrorçu İŞİD qruplaşması Suriay və Türkiyə sərhədlərindəki bazalarının bir çoxunu boşaltmağa məcbur olub.

Sky News-un ərəb xidməti bir məlumatda bildirib: Suriya və Türkiyə sərhədlərində terrorçu İŞİD qüvvələri Suriya əsgərləri ilə qarşıdurmada Suriya-Türkiyə sərhədləri yaxınlığında kürd sakinli Carabulus şəhərindəki bazalarının bir çoxunu təxliyə etməyə məcbur olub.
Məlumatlı qaynaqların bildirdiyinə görə İŞİD qruplaşması Carabulusda özlərinin mövqeyini boşaltmaqla hərbi təchizatlarını Suriyanın şimal şərqində Ərrəqəh şəhərinə nəql edibdir.
Hələb vilayətinin Mare şəhərində İŞİD Suriya ordusuna qarşı son əməliyyatında öz qüvvələrindən yüzlərlə nəfərini itirib.

Teqlər