Türkiyə və İsrail rejiminin fitnəsi
Sen 02, 2015 06:28 Asia/Baku
-
Türkiyə və İsrail rejiminin fitnəsi
Qanun dövləti koalisiyasının nümayəndəsi Türkiyə ilə sionist rejimin terrorçu İŞİD qrupunun həmkarlığı ilə iraqlı gənclərin mühacirətlərinin asanlaşdırılması üzrə fitnələrindən xəbər verib.
İraqın Əlmədar xəbər portalının məlumatına görə, qanun dövləti koalisiyasının İraq məclisindəki nümayəndəsi Sadiq Əlləban İraqın Diyalə vilayətində həbs olunmuş İŞİD təkfirçi-bəəsçi qrupunun həbs olunmuş başçılarından birinin etirafına toxunaraq, deyib ki, o, bu etirafda Türkiyə, sionist rejim və terrorçuların İraqı cənclərdən boşaltmaq və iraqlı gənclərin bu ölkədən mühacirətlərini asanlaşdırmaq üzrə İraqa qarşı birgə fitnəni ifşa edibdir.Əlləban iraqlı gənclərin mühacirətlərinin qarşısını almaq üçün ali dini mərcəiyyətin istəklərinə toxunaraq, mərkəzi dövlətdən istəyibdir ki, bu gəncləri dəstəkləyərək, onların ölkənin bərpasında iştirak etmləri hədəfi ilə onların iş imkanları yaratsın.
İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdulməhdi Əlkərbəlayi iraqlı gənclərin xaricə mühacirət etmələri fenomenindən nigaranlıq edib və gənclərdən mühacirət üzrə qərarlarını yenidən nəzərdən keçirmələrini istəyib.
Teqlər