Mosulda İŞİD ünsürləri məhv edilib
Sen 04, 2015 15:13 Asia/Baku
-
Mosulda İŞİD ünsürləri məhv edilib
Xalq müqavimət qüvvələri İraqın Niynəva vilayətinin mərkəzi Mosulda terrorçu-bəəsçi İŞİD qrupunun üç üzvünü öldürüblər.
İraq Kürdüstanı Demokrat Partiyasının media məsulu Səid Məmuzini Ərbildə IRNA müxbiri ilə müsahibədə İraqın Niynəva vilayətinin mərkəzi Mosulun son durumunu şərh edərək, bu şəhərdə xalq müqavimətinin gücləndiyini deyib. O, söyləyib: Niynəva vilayəti əhalisindən təşkil olunmuş xalq müqavimət qüvvələri çərənbə günü İŞİD-in toplanış mərkəzinə hücum edərək, Mosulda bu qrupun üç üzvünü öldürüblər.Məmuzini Mosul əhalisinin İŞİD terror qrupunun mahiyyəti ilə tanış olmasına toxunaraq bildirib ki, peşmərgə qüvvələri də İŞİD ilə döyüşür və bu həftə peşmərgə qüvvələrinin artilleriya hücumunda Mosulun Başuk istiqamətində on altı terrorçu öldürülüb.
O, əlavə edib: Daha İŞİD-in hücum qüdrəti yoxdur və bunun əvəzində əhalini qırmaqla məşğuldur; belə ki, son vaxtlar futbol yarışına tamaşa etdiyi üçün doqquz yaşlı bir uşağı gülləbaran etdi.