Sen 06, 2015 10:08 Asia/Baku
  • İŞİD İraqın şimalı və qərbində ağır tələfat verib
    İŞİD İraqın şimalı və qərbində ağır tələfat verib

İraq ordusu İŞİD terrorçularının Mosul və Ərrəmadi şəhərlərində ağır tələfata uğramasından xəbər verib.

Əlnəşrə xəbər portalı İraq ordusunun komandanlığına istinadla bildirib ki, şənbə günü iraqlı qüvvələrin bu ölkənin şimalı və qərbində İŞİD-in mövqelərinə qarşı hava hücumlarında onlarla terrorçu, o cümlədən İŞİD-in Mosuldakı əsas başçılarından olan Əbduləziz Harisi və daha yüzdən çox İŞİD-çi yaralanıb.
Kürd peşmərgə qüvvələrindəki bir mənbə də bildirib ki, İraqın hava qüvvələrinin Mosuldan 110 kilometr şimal-qərbdə yerləşən Səncar məntəqəsindən İŞİD-in mövqelərinə qarşı hücumlarında da İŞİD-in 19 üzvü məhv edilib.
Bununla belə, elan olunub ki, İŞİD terrorçuları Mosuldan olan 25 gənci bu qrupla həmkarlıq etməmə ittihamı ilə şəhərin uca binalarının damlarından aşağı tullayaraq, qətlə yetiriblər.
Niynəva vilayətindəki yerli bir mənbə də deyibdir ki, İŞİD ünsürləri Mosulun cənub köçərilərinin tanınmış simaları və şeyxlərindən 25 nəfərdən çoxunu könüllü xalq qüvvələrində üzvlük və həmkarlıq ittihamı ilə oğurlayıblar.
Bu mənbə əlavə edib: İŞİD-çilər bu tanınmış simaların mənzillərinə basqın edərək, onları həbs edib və özləri ilə naməlum məkana aparıblar.
Terrorçu İŞİD qruplaşması ötən ilki geniş hücumlarda İraq və Suriyanın bəzi hissələrini işğal edərək, saysız-hesabsız cinayətlər törədibdir.

Teqlər