Ərdoğan HDP-yə xəbərdarlıq edib
Sen 10, 2015 18:10 Asia/Baku
-
Ərdoğan HDP-yə xəbərdarlıq edib
Türkiyə prezidenti Türkiyənin Xalqların Demokartik partiyası HDP-yə terrorizmi dəstəkləmək barədə xəbərdarlıq edib.
Səhər Beynəlxalq Televiziyasının World Bulleten xəbər portalına istinadla verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü HDP-dən terrorçu qruplaşma adlandırdığı Kürdüstan Fəhlə Partiyası PKK-dan uzaqlaşmasını istəyib.Türkiyə prezidenti deyib: HDP terrorizm və sülh arasında birini seçməlidir.
Rəcəb Tayyib Ərdoğan əlavə edib: HDP-nin PKK-nı dəstəkləməsinin ağır bədəli olacaqdır.
Türkiyə prezidenti terrorçularla mübarizə üçün hərbçilərin fəaliyyətində maneə yaradan bəzi siyasətçilərin bu hərəkətləri dayandırmalarını istəyib.
Bu arada Xalqların Demokratik Partiyası HDP-nin sədri Səlahəddin Dəmirtaş çərşənbə günü Türkiyə hökumətinin region prosesləri üzrə xarici siyasətini yararsız adlandırıb.