Sen 11, 2015 20:10 Asia/Baku
  • Kərkük yaxınlığında bir neçə kənd İŞİD-dən azad olunub
    Kərkük yaxınlığında bir neçə kənd İŞİD-dən azad olunub

İraq Kürdüstanı məntəqəsində kürd peşmərgə qüvvələri Kərkükün yaxınlığında bir neçə kəndi İŞİD terror qruplaşmasının işğalından azad ediblər.

Səhər Beynəlxalq Televiziyasının Sky Nyuza istinadla verdiyi məlumata görə, kürd peşmərgə qüvvələri Kərkük şəhərinin cənub və qərbində Daquq istiqamətində İŞİD terrorçularının mövqelərinə hücum edərək 4 kəndi terrorçulardan azad ediblər.


İRaq ordusu, xalq və kürd peşmərgə qüvvələri 2014-cü ildən İraqın şimal və qərbində bir sıra bölgələri işğal edən İŞİD terror qruplaşmasını İraq torpağından çıxarmağa çalışırlar.


Əldə olunan məlumatlara görə, İŞİD terror qruplaşması kimyəvi maddələrlə silahlar hazırlayıb və bu qadağan olunmuş maddələrdən İraq və Suriyada istifadə edib.

Teqlər