İŞİD-in Bici şəhərinə hücumu önlənildi
Sen 12, 2015 20:12 Asia/Baku
-
İŞİD-in Bici şəhərinə hücumu önlənildi
İraq ordusu və xalq qüvvələri İŞİD terrorçularının Səlahəddin vilayətinin mərkəzi olan Tikrit şəhərinin şimalında yerləşən Bici şəhərinə qarşı hücumunu önləyib.
İraqın Nəhreyn informasiya portalının verdiyi məlumata görə, İraqın Səlahəddin vilayətində bir təhlükəsizlik qaynağı İŞİD terrorçularının Bici şəhərinə hücum etməsindən xəbər verib. Bu məlumata görə, ordu və könüllü xalq qüvvələri İŞİD terrorçularının hücumlarını önləyiblər. Həmçinin, bu əməliyyat zamanı İraq ordusu və xalq qüvvələri Fars körfəzi ətrafında yerləşən ərəb ölkələrinin "Ada Qalxanı" adlı müştərək hərbi birləşməsinə məxsus hərbi maşınlar aşkar ediblər. Bu hərbi maşınlar İŞİD yaraqlılarının ixtiyarında olub.Digər tərəfdən İraqın Müharibə Qərargahına bağlı bir mənbə əl-Ənbar vilayətində onlarla terrorçunun öldürülməsi, 68 bombanın zərərsizləşdirilməsi və bomba quraşdırılmış bir anbarın partladılaraq, məhv edilməsindən xəbər verib.
Bu mənbə həmçinin bildirib: Təhlükəsizlik qüvvələri məntəqənin şimal istiqamətində bəzi hədəfləri məhv edərək, terrorçular tərəfindən quraşdırılmış partlayıcı qurğuları zərərsizləşdiriblər.
İraqın bir təhlükəsizlik qüvvəsi də ordu və xalq qüvvələrinin Rəmadi şəhərinin cənubunda, Humeyra məntəqəsində terrorçulara qarşı savaşda 9 terrorçunu məhv etmələrindən xəbər verib. Bu əməliyyatda bir qrup terrorçunun da yaralandığı bildirilir.
Həmçinin, İŞİD-in əl-Ənbar və Kərkükdəki 40-dan artıq hərbi maşını Mosul istiqamətindən Suriyanın Rəqqə şəhərinə doğru geri çəkilib.