Suriya ordusu və müqavimət qüvvələri Zəbdani şəhərinə doğru irəliləyir
Sen 12, 2015 20:31 Asia/Baku
-
Suriya ordusu və müqavimət qüvvələri Zəbdani şəhərinə doğru irəliləyir
Suriya ordusu və müqavimət qüvvələri Zəbdani şəhərinin bir neçə məntəqəsinə nəzarəti ələ keçirərək, terrorçuları geri oturdublar.
Suriyanın əl-Əxbariyə informasiya kanalının verdiyi məlumata görə, bu ölkə ordusu Livanın müqavimət qüvvələrinin dəstəyi ilə Zəbdaniyə şəhərinin daha bir neçə məntəqəsini terrorçuların işğalından azad ediblər. Həmçinin, ordu və müqavimət qüvvələri Zəbdaniyə şəhərindəki terrorçulara dəstək və tədarükatın çatdırılmasına imkan vermirlər.Digər tərəfdən, Dəməşqin şimal-şərqində, Hərsta qəsəbəsində ordu qüvvələri ilə terrorçular arasında baş verən toqquşmada hər iki tərəf itkilər verib. Yaralananlar da var. Bu toqquşma Homs istiqamətində olan beynəlxalq magistral yolun bağlanmasına səbəb olub.
Həmçinin, Suriyadan daxil olan məlumatlara görə, ordu qüvvələri Dəra vilayətində terrorçuların sığınacağını ağır artilleriya atəşinə tutublar.
Suriya ordusuna bağlı bir mənbə bildirib ki, ordu qüvvələri Dəməşq zindanı ətrafında terrorçuların hücum cəhdini uğursuzluğa uğradıblar və terrorçuların bu zindanı ələ keçirməsi barədə yayılan xəbərlər həqiqətləri əks etdirmir.