Sionistlər bir daha əl-Əqsa məscidinə hücum ediblər
Sen 18, 2015 05:50 Asia/Baku
-
Sionistlər bir daha əl-Əqsa məscidinə hücum ediblər
Onlarla sionist qəsəbə sakini artıq 6 gündür ki, davam edən əl-Əqsa məscidinə qarşı təhrikedici və təhqiredici hərəkətlər çərçivəsində bu gün səhər bir daha əl-Əqsa məscidinə hücum ediblər.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, onlarla qəsəbə sakini İsrail hərbçilərinin dəstəyi ilə bu gün əl-Əqsa məscidinə hücum ediblər.Bu məlumata görə, sionistlər əl-Əqsa məscidinə hücumları zamanı, məscidin xadimlərindən olan Hacı Qalib Dərvişi döyüb, ona xəsarətlər yetiriblər.
Həmçinin, Qüdsün qədim hissəsində, əl-Əqsa məscidi yaxınlığında fələstinlilərlə sionist rejim hərbçiləri arasında çıxan toqquşmada bir İsrail hərbçisi yaralanıb.
Sionistləri əl-Əqsa məscidinə hücumlarının artmasının ardınca, Qüds artıq bir neçə gündür ki, fələstinlilərlə sionist rejim hərbçiləri arasında toqquşmaların şahididir. İndiyə kimi bu toqquşmalarda onlarla fələstinli yaralanıb və həbs edilib.
Sionist rejim əl-Əqsa məscidinin işğalını təkmilləşdirərək, bu müqəddəs məkanla bağlı nəhs planını həyata keçirməyə çalışır.
Teqlər