Terrorçular Dəməşq içməli su təsisatına hücum ediblər
Sen 19, 2015 10:29 Asia/Baku
-
Terrorçular Dəməşq içməli su təsisatına hücum ediblər
Suriyada fəaliyyət göstərən terrorçular bir daha içməli su təsisatlarını dağıdaraq, Dəməşq əhalisini susuz qoyublar.
SANA xəbər agentliyinin verdiyi məlumata görə, Dəməşqin Su və Kanalizasiya Baş İdarəsinin müdiri Hisam Həridin deyib: Dəməşq və ətraf məntəqələrdə yaranan su qıtlığı terrorçuların Bərəda çayı üzərindəki su təmisləmə sistemlərini sıradan çıxartmalarından qaynaqlanır.Bərəda çayı Dəməşq və ətraf məntəqələri içməli su ilə təmin edən ən iri su qaynağıdır.
Həridin deyib: Dəməşq və ətraf məntəqələrin sakinləri su təmizləmə mərkəzlərinin sıradan çıxarılmasına görə, gün ərzində yalnız 3-4 saat içməli su ilə təmin edilirlər.
Həridin əlavə edib: Su təmizləmə sistemlərinin yenidən qaydaya salınması üçün lazımi səylər həyata keçirilir. Lakin, su sistemlərinin bərpa ediləcəyi təqdirdə belə, Dəməşq və ətraf məntəqələrin sakinləri gün ərzində yalnız 6 saat içməli su ilə təmin ediləcəklər.