İraq Human Rights Watch-ı tənqid edib
Sen 23, 2015 10:53 Asia/Baku
İraqın baş naziri Human Rights Watch-ın bu ölkənin Səlahəddin vilayətinin mərkəzi olan Tikrit şəhərinin azad edilməsi barədəki hesabatını tənqid edib
İordaniyanın Petra xəbər agentliyinin məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi çərşənbə axşamı günü Human Rights Watch-ın bu ölkənin Səlahəddin vilayətinin mərkəzi olan Tikrit şəhərinin azad edilməsi barədəki hesabatını tənqid edərək, bildirib ki, bu hesabat yanlış dəlillər, etibarsız sənədlər və tayfalar üzrə təhrikedici hallara malikdir.İraqın baş naziri vurğulayıb ki, Human Rights Watch bu hesabatda İŞİD terror qrupunun Tikritdən çıxmasını vurğulayaraq, bu qrupu həmin şəhərdə cinayətlər, təxribatlar və dağıntılar törətməsindən təmizə çıxarıbdır.
İraqın baş naziri Human Rights Watch təşkilatından istəyibdir ki, daha dəqiq və daha faktiki hesbatlar hazırlayaraq təqdim etsin.
Human Rights Watch İŞİD terror qrupunun İraqın müxtəlif məntəqələrindəki qeyri-insani hərəkətlərinə diqqət yetirmədən xalq qüvvələrini üç ay bundan qabaq reallaşmış Tikritin azad edilməsində insanlığa qarşı cinayətlər törətməkdə ittiham edib.
Xalq qüvvələri iraqlı qüvvələrin dəstəyi ilə bu ölkənin müxtəlif məntəqələrinin İŞİD terrorçularından azad edilməsində böyük paya malikdir, amma bəzi qrup və ölkələr xalq qüvvələrinin İraqın müxtəlif məntəqələrinin azad edilməsindəki səylərini görməməzliyə vuraraq, bu qüvvələri ittihamlandırmaq niyyətindədirlər.