Fələstinlilərin qərb sahilinin üçdə birinə daxil olmasına qadağa qoyulub
Sen 26, 2015 07:44 Asia/Baku
-
Fələstinlilərin qərb sahilinin üçdə birinə daxil olmasına qadağa qoyulub
Sionist rejim fələstinlilərin İordan çayının qərb sahilindəki ərazilərin üçdə birinə daxil olmasına qadağa qoyub.
Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, sionist Kerem Navot Araşdırmalar Mərkəzi bildirib: İsrail ordusu fələstinlilərin İordan çayının qərb sahilindəki ərazilərin üçdə birinə daxil olmasına mane olur. Çünki bu ərazilər hərbi ərazilər elan olunub.Kerem Navot Araşdırmalar Mərkəzi əlavə edib: İordan çayının qərb sahilinin 60%-dən çoxu İsrail şəhəri və təhlükəsizliyinin nəzarətindədir. Ordu bu 60%-lik ərazinin yarısından çoxlunu hərbi bölgələrə çevirib və fələstinlilər bu bölgələrə getməkdən məhrumdurlar.
Bu araşdırmalar mərkəzinin məlumatına görə, sionist rejim fələstinlilərin ərazilərini işğal etmək üçün müxtəlif bəhanələrə əl atır. Hərbi təlimlərin keçirilməsi, sionist qəsəbələrin genişləndirilməsi və ya salınması, sərhəd bölgələrə daxil olmaq qadağası fələstinlilərin ərazilərini qəsb etmək istiqamətində olan bəhanələrdəndir.
Kerem Navot mərkəzi bildirib: İsrail yalnız İordan çayının qərb sahilindəki hərbi bölgələrdən təkcə təxminən 10%-də bəzən hərbi təlimlər keçirir və bu bölgələrin qalan hissələrini qəsəbəsalmaya ayırır.
Teqlər