Sionistlərin atəş açması nəticəsində fələstinli gənclər yaralanıb
Sen 26, 2015 13:41 Asia/Baku
-
Sionistlərin atəş açması nəticəsində fələstinli gənclər yaralanıb
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin cənubunda Beyt-Ləhmin şərqində bir qrup fələstinliyə atəş açıblar.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, sionist rejim hərbçiləri Beyt-Ləhmin şərqində etiraz edən fələstinli gənclərə hücum edib və üç nəfəri yaralayıblar.Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilib.
Bu məlumata görə, sionist hərbçilər fələstinli gənclərə daş və molotof kokteyli atmaları bəhanəsi ilə atəş açıblar.
Sionist rejim cümə axşamı günü təhdid edib ki, İsrail hərbçilərinə doğru daş atan fələstinlilər 4 il həbsə məhkum olunacaq və onlara doğru atəş açmaq icazəsi verib.
Bu arada Fələstin mənbələri bildiriblər ki, sionist rejim hərbçiləri ötən gündən indiyə qədər işğal olunmuş Qüdsdə 29 nəfəri həbs ediblər.
Teqlər